...

Bakıda keçiriləcək kitab sərgi yarmarkasına hazırlıq məsələləri müzakirə olunub

Cəmiyyət Materials 6 Sentyabr 2011 13:38 (UTC +04:00)
Bakıda keçiriləcək kitab sərgi yarmarkasına hazırlıq məsələləri müzakirə olunub. Trend-in məlumatına görə, Mirzə Fətəli Axundov Adına Milli Kitabxanada keçirilən toplantıda mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev və çap-poliqrafiya müəssisələrinin nümayəndələri iştirak ediblər.
Bakıda keçiriləcək kitab sərgi yarmarkasına hazırlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda keçiriləcək kitab sərgi yarmarkasına hazırlıq məsələləri müzakirə olunub. Trend-in məlumatına görə, Mirzə Fətəli Axundov Adına Milli Kitabxanada keçirilən toplantıda mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev və çap-poliqrafiya müəssisələrinin nümayəndələri iştirak ediblər.

Bakıda keçiriləcək II Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunacaq.

Əliyev bu tədbirin kitab evləri, nəşriyyat-poliqrafiya müəssisələri ilə bağlı bir çox məsələləri həll etmək üçün böyük əhəmiyyət daşıdığını deyib.

Nazir müavini yarmarkaya hazırlıq işlərindən də danışıb. O qeyd edib ki, builki yarmarka keyfiyyət və məzmun baxımından birincidən fərqlənəcək.

"Yarmarka çərçivəsində müxtəlif konfranslar, simpoziumlar, təqdimat mərasimləri, müəlliflərlə görüşlər təşkil olunacaq" - Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti