...

ÜST-nin Avropa Regional Komitəsinin növbəti sessiyalarının keçirilmə yeri və tarixləri açıqlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2011 15:39 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin növbəti sessiyalarının keçirilmə yeri və tarıxləri açıqlanıb.
ÜST-nin Avropa Regional Komitəsinin növbəti sessiyalarının keçirilmə yeri və tarixləri açıqlanıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin növbəti sessiyalarının keçirilmə yeri və tarıxləri açıqlanıb.

ÜST-nin Azərbaycan nümayəndəliyindən Trend-ə veirlən məlumata görə, təşkilatın Avropa Regional Komitəsinin 62-ci sessiyası gələn il sentyabrın 10-13-də Maltada keçiriləcək.

63-cü sessiya 2013-cü il sentyabrın 16-19-da Portuqaliyada təşkil olunacaq.

Komitənin 64-cü sessiyasının isə 2014-cü il sentyabrın 15-18-də Kopenhagendə keçirilməsi nəzərdə tutulur. Amma 64-cü sessiyanın keçirilmə yeri və tarixi ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.

Komitənin 65-ci sessiyasının 2015-ci il 14-17 sentyabrda keçiriləcəyi gözlənilir. Sessiyanın kerçiriləcəyi yer hələ müəyyənləşdirilməyib.

Hazırda Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir. Sentyabrın 12-də öz işinə başlayan sessiya bu gün yekunlaşır.

Xəbər lenti

Xəbər lenti