Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, zəlzələ bu gün yerli vaxtla 12:21-də Xəzər dənizində - Bakıdan 142 km şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkan hiss olunmayıb.