...

Azərbaycanda bəzi dərmanların satışına qadağa qoyulub

Cəmiyyət Materials 1 Dekabr 2011 17:50 (UTC +04:00)
Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda "Rozeqlikazon" və "Sibutramin" dərmanlarının satışı qadağan edilib.
Azərbaycanda bəzi dərmanların satışına qadağa qoyulub

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda "Rozeqlikazon" və "Sibutramin" dərmanlarının satışı qadağan edilib. Bu barədə cümə axşamı Trend-ə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Hər iki dərmanın ləğvi onların orqanizmə mənfi fəsadları ilə bağlıdır.

Artıq səhiyyə naziri Oqtay Şirəliyev bu dərmanların ölkə ərazisində istifadəsinin dayandırılması və satışdan yığışdırılması barədə əmr verib.

Mərkəzdən bildirilib ki, hazırda bu dərmanların heç biri satılmır.

"Rozeqlikazon" şəkərli diabet əleyhinə, "Sibutramin" isə arıqlamaq üçün nəzərdə tutulan dərman preparatlarıdır.

Xəbər lenti

Xəbər lenti