...

Üç nəşrin adının "qara siyahı"dan çıxarılması barədə rəy qəbul olunub (FOTO)

Cəmiyyət Materials 16 Mart 2012 15:22 (UTC +04:00)
Mətbuat Şurasının "qara siyahı"sında olan 3 nəşrin adının bu siyahıdan çıxarılması barədə rəy qəbul olunub.
Üç nəşrin adının "qara siyahı"dan çıxarılması barədə rəy qəbul olunub (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Mətbuat Şurasının "qara siyahı"sında olan 3 nəşrin adının bu siyahıdan çıxarılması barədə rəy qəbul olunub.

Şuradan Trend-ə verilən məlumata görə, bu gün Mətbuat Şurasının "apelyasiya qrupu"nun növbəti iclasında belə qərar qəbul olunub.

Komissiya üzvləri müzakirələrdən sonra 3 nəşrin adının "qara siyahı"dan çıxarılması barədə MŞ İdarə Heyətinə müvafiq təqdimatın göndərilməsi rəyinə gəliblər.

Toplantını açan qrupun sədri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ötən iclasdan keçən müddətdə "apelyasiya qrupu"na ümumilikdə 30-dan artıq təqdimat olub. Onların 20-si hazırda müzakirəyə çıxarılır.

Qeyd edək ki, MŞ-nin "apelyasiya qrupu" "qara siyahı"da yer alan KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətlərin araşdırılması məqsədilə yaradılıb.

Komissiya üzvü, MŞ sədrinin müavini Müşfiq Ələsgərli vurğulayıb ki, müraciətlərin araşdırılması prosesində "Reket jurnalistika" ilə mübarizə komissiyasının rəyinin nəzərə alınması müraciət müəllifləri olan qəzetlərin konkret hansı səbəbdən siyahıya düşmələrinin motivlərinə geniş aydınlıq gətirmək nöqteyi-nəzərindən əhəmiyyətlidir.

Komissiyanın digər üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas isə bildirib ki, "qara siyahı"dan çıxmaq üçün müraciət edənlərin bəzilərinin vaxtilə siyahıya düşmələrinə əsas verən hərəkətlərin motivləri məsələlərə daha ehtiyatla yanaşmağı zəruriləşdirir. "Reket nəşr"lərin müəyyənləşdiriliməsinə dair təlimatın şərtləri ciddi şəkildə gözlənilməlidir.

İclasda həmçinin rəyə gəlinib ki, digər nəşrlərlə bağlı monitorinqlər davam etdirilsin.

Xəbər lenti

Xəbər lenti