...

Bakıda fövqəladə hallarda insan hüquqlarının müdafiəsi müzakrə olunacaq

Cəmiyyət Materials 13 İyun 2012 16:10 (UTC +04:00)
Bakıda 18-20 iyun tarixlərində "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr edilmiş ombudsmanların növbəti ənənəvi beynəlxalq konfransı keçiriləcək.
Bakıda fövqəladə hallarda insan hüquqlarının müdafiəsi müzakrə olunacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda 18-20 iyun tarixlərində "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr edilmiş ombudsmanların növbəti ənənəvi beynəlxalq konfransı keçiriləcək.

Ombusman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, İnsan Hüquqları Günü, Azərbaycan ombudsmanının fəaliyyətinin 10 illiyi və Azərbaycanın YUNESKO-ya üzv olmasının 20 illiyi münasibətilə YUNESKO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 20 ölkəsindən 56 xarici qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edəcəklər.

Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə ilk dəfə olaraq ombudsmanların Bakı konfransına qatılırlar.

Ombudsman təsisatının institusional üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri də konfransa qatılacaqlar.

Konfrans çərçivəsində ilk dəfə olaraq Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti