...

Turizm İnstitutunda Qurtuluş Günü ilə əlaqədar açıq dərs keçirilib

Cəmiyyət Materials 14 İyun 2012 15:58 (UTC +04:00)
Bu gün Azərbaycan Turizm İnstitutunda (ATİ) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir" mövzusunda açıq dərs keçirilib.
Turizm İnstitutunda Qurtuluş Günü ilə əlaqədar açıq dərs keçirilib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycan Turizm İnstitutunda (ATİ) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir" mövzusunda açıq dərs keçirilib.

İnstitutun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, açıq dərsi ATİ-nin İctimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı açıb.

"Azərbaycanın dövlət müstəqilliyi əbədidir" mövzusunda çıxış edən ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov deyib ki, Yer kürəsində təxminən 200 dövlət var. Amma hər bir xalqa öz müstəqil dövlətini qurub-yaratmaq, onun vətəndaşı adını daşımaq nəsib deyil.

"Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir. Bir əsrdə müstəqil dövlətini iki dəfə qurmaq şansı qazanıb. Əfsuslar ki, 1918-ci ilin 28 mayında qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Amma biz o xalqlardanıq ki, yenidən öz müstəqilliyimizi bərpa etmək iqtidarında olmuşuq. 71 ildən sonra imperiya tərəfindən qəsb olunmuş dövlət müstəqilliyimizi yenidən bərpa edə bilmişik", - Cəfərov deyib.

Rektor qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi və idarəetmə bacarığı sayəsində 1993-cü il 15 iyun tarixində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas ola bildi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, beynəlxalq əlaqələrinin genişlənməsi sahəsində böyük uğurlara imza atdı.

"Mübaliğəsiz deyə bilərik ki, Azərbaycanın düşünülmüş hərtərəfli dinamik inkişafının təməli 19 il əvvəl qoyulub", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti