...

Azərbaycanda məktəblilər arasında yeni səhiyyə proqramı həyata keçiriləcək

Cəmiyyət Materials 19 İyun 2012 14:21 (UTC +04:00)
Bu ilin sentyabr-noyabr aylarında məktəbli uşaqlar arasında helmintlərə (bağırsaq qurdu) qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə yeni proqramın tətbiqinə başlamaq nəzərdə tutulur.
Azərbaycanda məktəblilər arasında yeni səhiyyə proqramı həyata keçiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu ilin sentyabr-noyabr aylarında məktəbli uşaqlar arasında helmintlərə (bağırsaq qurdu) qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə yeni proqramın tətbiqinə başlamaq nəzərdə tutulur.

Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Soltan Məmmədov çərşənbə axşamı Trend-ə deyib ki, proqramı Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF və Səhiyyə Nazirliyi ilə birgə reallaşdıracaqlar. Dehelmintizasiya proqramı 400 000 nəfər 1-4-cü sinif şagirdini əhatə edəcək.

Proqram çərçivəsində laborator tədqiqatların aparılması, dərman preparatlarının təmini, uşaqlar və valideynlər arasında maarifləndirmə işlərinin aparılması, sosial mobilizasiya tədbirlərinin və həkimlər arasında təlim məşğələlərinin keçirilməsi planlaşdırılır.

Məmmədov deyib ki, proqram Səhiyyə Nazirliyi tərəfindən uşaqlar arasında parazitar xəstəliklərə qarşı aparılan proqramlara dəstək məqsədilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti