...

Dünya Memarlar İttifaqının baş katibi Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 20 İyun 2012 14:31 (UTC +04:00)
Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki (Michel Barmaki) Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu gün qonaq Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Dünya Memarlar İttifaqının baş katibi Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki (Michel Barmaki) Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu gün qonaq Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Barmaki Bakıda 3 gündür ki, səfərdə olduğunu söyləyib. Onun sözlərinə görə, bu müddət ərzində paytaxtda aparılan işlərlə, o cümlədən İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olub. Eyni zamanda, bir çox görüşlərdə iştirak edib.

Baş katib Bakıda aparılan yenidənqurma işlərinə yüksək qiymət verdiyini, yaxşı mənada təəccübləndiyini də söyləyib.

Qeyd edək ki, Barmaki Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla, eyni zamanda, Azərbaycan Memarlar İttifaqında görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti