...

Azərbaycanda yay mövsümündə "yol qurbanları"nın sayının artmaması üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Cəmiyyət Materials 27 İyun 2012 11:22 (UTC +04:00)
Azərbaycanda yay mövsümündə "yol qurbanları"nın sayının artmaması üçün Dövlət Yol Polisi təhlükəsizlik tədbirlərini gücləndirib.
Azərbaycanda yay mövsümündə "yol qurbanları"nın sayının artmaması üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yay mövsümündə "yol qurbanları"nın sayının artmaması üçün Dövlət Yol Polisi təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Əliyev deyib ki, ötən həftənin sonlarında yol-nəqliyyat hadisələrinin artması ilə bağlı, nəzarətin gücləndirilməsi və Dövlət Yol Polisi tərəfindən müəyyən çağırışların sürücülər tərəfindən düşünülmüş şəkildə qəbul edilməsi, son günlərdə sürücülərin sükan arxasında yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmaları artıq qəzaların sayının son bir-iki gündə azalmasına və bu qəzalar nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsir edib.

Belə ki, ötən gün ərzində respublikada təkcə bir piyada vurulması hadisəsi nəticəsində bir nəfər dünyasını dəyişib. Bu da Qaradağ rayonu ərazisində avtobusla piyadanın vurulması nəticəsində piyadanın dünyasını dəyişməsidir.

Həm respublika əhəmiyyətli magistrallarda, həm rayonlararası yollarda, eləcə də Bakı şəhərində ümumilikdə cəmi 12 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bunların da nəticəsində 1 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Əliyev bildirib ki, son vaxtlar baş verən ağır yol qəzalarının əsas səbəbləri yüksək sürət, avtomobili sərxoş vəziyyətdə idarəetmə, manevr, ötmə qaydalarını pozma, sürücünün avtomobili yuxusuz vəziyyətdə idarə etdiyi üçün nəqliyyat vasitəsini aşırmasıdır.

Xəbər lenti

Xəbər lenti