...

Azərbaycan Parlamenti İctimai Televiziyanın əcnəbi filmləri yayımlamasına icazə verən dəyişikliyi qəbul etdi

Cəmiyyət Materials 29 İyun 2012 14:00 (UTC +04:00)
İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
Azərbaycan Parlamenti İctimai Televiziyanın əcnəbi filmləri yayımlamasına icazə verən dəyişikliyi qəbul etdi

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Trend-in məlumatına görə, "İctimai televiziya və radio yayımı haqqında" qanuna 11 dəyişiklik olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov iclasda bildirib ki, digər televiziya kanallarından fərqli olaraq İTV yaradılanda üzərinə müəyyən öhdəliklər qoyulub və bu telekanalda reklama digər kanallardan fərqli olaraq daha az yer verilir.

"İctimai televiziya və radio yayımı haqqında" qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilib.

Azərbaycanda "İctimai televiziya və radio yayımı haqqında" qanuna edilən digər dəyişikliyə görə, İTV-də əcnəbi filmlər subtitrlərlə veriləcək.

Xatırladaq ki, daha öncə serialların da subtitrlərlə verilməsi qanun layihəsinə daxil edilmişdi. Lakin layihəyə dəyişiklik edilərək serial sözləri çıxarılıb.

Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti