Azərbaycan, Bakı, 9 avqust /Trend/
"Azərlotereya" ASC tərəfindən edilən müraciətlərə əsasən 6 lotereya qeydiyyata alınıb və beləliklə, "Azərlotereya" tərəfindən keçirilən lotereyaların sayı 11-ə çatıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın 2012-ci ilin I yarısı üzrə fəaliyyət hesabatında deyilir.
Hesabat dövründə, həmçinin, müxtəlif müəssisələr tərəfindən 42 stimullaşdırıcı lotereya keçirilib.
Dövr ərzində lotereyaların keçirilməsi üzrə qanunvericiliyin tələblərinə riayət etməyərək icazəsiz stimullaşdırıcı lotereya təşkil edən 4 şirkətin lotereya kampaniyası dayandırılıb, lotereyaların təşkili və keçirilməsi ilə bağlı hesabatları təqdim etmədiyi üçün 2 stimullaşdırıcı lotereya təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib.