...

Azərbaycan yeniyetmə güləşçiləri dünyanın birincisi olublar (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2012 18:03 (UTC +04:00)
Avqustun 25-26-da yeniyetmələrin Dünya çempionatında yunan-Roma güləşi yarışları keçirilib.
Azərbaycan yeniyetmə güləşçiləri dünyanın birincisi olublar (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Avqustun 25-26-da yeniyetmələrin Dünya çempionatında yunan-Roma güləşi yarışları keçirilib.

Trend-in Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yığma komandamızın üzvləri altı qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla çempionatı 84 xalla başa vurdu. Bu nəticəyə görə yığmamız komanda hesabında hamını qabaqlayaraq birinci oldu.

Qızıl medal
Mikayıl Rəhmanov (46 kq)
Elnur Həsənov (50 kq)
Kərim Cəfərov (54 kq)
Murad Məmmədov (58 kq)
Ruhin Mikayılov (63 kq)
İslam Abbasov (76 kq)

Gümüş medal
Zamir Məhəmmədov (85 kq)

Bürünc medal
Sənan Süleymanov (42 kq)

Komanda hesabı
Yunan-Roma güləşi
1. Azərbaycan - 84 xal
2. Gürcüstan - 62 xal
3. Rusiya - 61 xal

Xəbər lenti

Xəbər lenti