...

"World Stability Observatory"nin rəhbəri: Dünyada sabitilik Qafqazdakı vəziyyətdən asılıdır

Cəmiyyət Materials 4 Oktyabr 2012 19:23 (UTC +04:00)
Qafqaz və Xəzər regionundakı sabit vəziyyət bütün dünyadakı sabitlik üçün əsas təşkil edir.
"World Stability Observatory"nin rəhbəri: Dünyada sabitilik Qafqazdakı vəziyyətdən asılıdır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Bədəlova/

Qafqaz və Xəzər regionundakı sabit vəziyyət bütün dünyadakı sabitlik üçün əsas təşkil edir. Bu barədə çərşənbə axşamı Trend-ə "World Stability Observatory"nin rəhbəri Luis Manuel Fraqa II Bakı Beynəlxalq Humanitar Forumu zamanı deyib.

"Gec və ya tez Qafqazda sabitlik və Xəzər regionunun məsələləri üzrə beynəlxalq konfrans təşkil edə biləcəyik. Bu regionlardakı sabitlik dünyada sabitlik üçün əsas təşkil edir", - Fraqa bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycana ilk səfəri deyil.

"Hər il bura gələndə görürəm ki, ölkə inkişaf edir. Yoxsulluq son 20 il ərzində xeyli azalıb", - Fraqa qeyd edib.

Onun sözlərinə görə, ölkə inkişaf edir, çünki onun gələcəyə aydın baxışı olan güclü hökuməti var.

Fraqa, həmçinin vurğulayıb ki, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edir.

Xəbər lenti

Xəbər lenti