...

İranda 100 min məhbus narkotik cinayətlərinə görə həbs edilib

Cəmiyyət Materials 23 Oktyabr 2012 13:24 (UTC +04:00)
Ölkədə məhbusların 100 min nəfərdən çoxu narkotik cinayətlərinə görə həbs edilib.
İranda 100 min məhbus narkotik cinayətlərinə görə həbs edilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir T.Cəfərov/

Ölkədə məhbusların 100 min nəfərdən çoxu narkotik cinayətlərinə görə həbs edilib. Bunu İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəis müavini Taha Taheri deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Taheri deyib ki, Əfqanıstanda narkotik bitkilərin əkilməsi qanuni şəkildə həyata keçirilir, ABŞ və Britaniya dövlətlərinin Əfqanıstanda illik narkotik əkin planları var. Narkotik qaçaqmalçılarının başçıları İranda deyil, digər ölkələrdədir. İranda daha çox narkotiklərin dövriyyəsi və daşınması ilə məşğul olurlar.

Onun sözlərinə görə, son 30 il ərzində narkotiklərlə mübarizədə 3600 nəfərdən çox polis şəhid olub.

Bundan öncə, İranın Həbsxanalar Təşkilatının sədri Qulamhüseyn İsmaili ölkədə məhbusların 50 faizi narkotik cinayətlərinə görə həbs edildiyini demişdi.

O, məhbusların 20 faizinin isə oğurluq cinayətinə görə həbs edildiyini demişdi.

İran KİV-in məlumatına əsasən, hazırda İran zindanlarında 220 minə yaxın məhbusun saxlanıldığı bildirilir. İranda məhbusların sayı Asiya ölkələri və bütövlükdə dünya ölkələri ilə müqayisədə yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti