...

İtaliyanın Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrası gələn ildən fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 23 Oktyabr 2012 18:19 (UTC +04:00)
İtaliyanın ən böyük ali təhsil müəssisəsi olan Sapienza Universiteti ilə imzalanmış müqavilə əsasında 2013-cü ilin yanvar ayından Şərqi Avropa tarixi fakültəsi nəzdində Azərbaycanşünaslıq kafedrası fəaliyyətə başlayacaq.
İtaliyanın Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrası gələn ildən fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

İtaliyanın ən böyük ali təhsil müəssisəsi olan Sapienza Universiteti ilə imzalanmış müqavilə əsasında 2013-cü ilin yanvar ayından Şərqi Avropa tarixi fakültəsi nəzdində Azərbaycanşünaslıq kafedrası fəaliyyətə başlayacaq.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sapienza Universiteti ilə əməkdaşlıq çərçivəsində italyan dilində ölkəmizlə bağlı iki kitabın hazırlanaraq çap edilməsinə dair razılıq əldə olunub. İtalyan dilində ölkəmizlə bağlı yazılan ilk kitab - "Azerbaigian: una lunga storia" artıq çap edilib. Kitab Sapienza Universitetinin prorektoru prof. Antonello Biacininin rəhbərliyi altında universitetin müəllim heyəti tərəfindən hazırlanıb. Kitabda Azərbaycan tarixi ən qədim dövrlərdən başlayaraq müasir dövrə qədər əhatəli təsvir olunub, ölkəmizin mədəniyyəti və ədəbiyyatı barədə geniş məlumat verilib.

Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinə dair İtaliya arxivlərində saxlanılan sənədlər əsasında Sapienza Universiteti tərəfindən cari ilin oktyabr ayının sonunda toplunun hazırlanması da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti