Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Qusarda regional turizm peşə məktəbinin yaradılması ilə bağlı tədqiqatlara start verilib.
Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Şəki-Zaqatala regionunda turizm peşə kadrlarının hazırlığı" mövzusunda keçirilən təqdimat-dinləmələrdə çıxış edən ATİ rektoru Cəfər Cəfərov deyib ki, regional turizm peşə məktəbləri hələlik Qusar, Zaqatala, Şəmkir, Göygöl və Masallıda fəaliyyət göstərəcək.
Cəfərov əmək bazarında ali təhsilli turizm ixtisaslı kadrlarla yanaşı, xidmət personalına böyük ehtiyac olduğunu söyləyib.