...

Milli Məclis payız sessiyasında hərbi qulluqçuların sosial-iqtisadi statusu ilə bağlı qanunvericiliyə dəyişiklikləri qəbul edəcək

Cəmiyyət Materials 12 Noyabr 2012 13:37 (UTC +04:00)
Milli Məclis payız sessiyasında hərbi qulluqçuların sosial-iqtisadi statusu ilə bağlı qanunvericiliyə dəyişiklikləri qəbul edəcək.
Milli Məclis payız sessiyasında hərbi qulluqçuların sosial-iqtisadi statusu ilə bağlı qanunvericiliyə dəyişiklikləri qəbul edəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Axundov/

Milli Məclis payız sessiyasında hərbi qulluqçuların sosial-iqtisadi statusu ilə bağlı qanunvericiliyə dəyişiklikləri qəbul edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, müvafiq dəyişikliklər "Hərbi qulluqçuların statusu haqqında" qanunda öz əksini tapacaq.

"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələlərinin daha geniş əksini tapacağı gözlənilir.

Əsgərov qeyd edib ki, Təhlükəsizlik və müdafiə komitəsinin iş planında ilk növbədə qeyd olunan dəyişikliklərin plenar iclasa tövsiyə edilməsi durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti