...

Azərbaycanda “Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi” adlı təlim keçirilib

Cəmiyyət Materials 12 Noyabr 2012 14:53 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutu (ATI) Azərbaycan Turizm Assosiasiyası ilə bağladığı müqavilə əsasında "Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi" adlı təlim keçirib.
Azərbaycanda “Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi” adlı təlim keçirilib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu (ATI) Azərbaycan Turizm Assosiasiyası ilə bağladığı müqavilə əsasında "Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi" adlı təlim keçirib.

İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, dörd gün davam edən təlim The American Hotel & Lodging Education Institute-un (AHLEİ) təlimçilərindən George Ubbelohde tərəfindən aparılıb.

Qeyd edək ki, 1953-cü ildə yaranan AHLEİ qonaqpərvərlik sənayesində təhsil, təlim və sertifikatlaşma istiqamətində fəaliyyət göstərir. Başlıca məqsədi qonaqpərvərlik sənayesində təhsil-təlim və peşəkar sertifikatlaşma üzrə ilk mənbə rolunu qoruyub saxlamaqla yanaşı, müvafiq sənayenin ehtiyaclarını proqnozlaşdırmaqdır. Təlimlərdə ATİ müəllimlərindən 10 nəfər dərs keçmə metodlarının öyrənilməsi, sillabusların hazırlanması, dərslərin keçirilməsində məqsəd, motivləşmə metodları və qiymətləndirmə, texniki avadanlıqlardan istifadənin vacibliyi istiqamətləri üzrə təlimdə xüsusi fəallıq göstəriblər. Təlimin sonunda ATİ müəllimləri imtahan veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti