...

Gürcüstan-Azərbaycan sərhədindəki körpünün açılması tələb olunur

Cəmiyyət Materials 15 Noyabr 2012 20:42 (UTC +04:00)
Gürcüstan-Azərbaycan sərhədində yerləşən Dedoplis-Tskaro rayonunun (Kaxeti regionu) Samta-Tskaro kəndinin sakinləri iki ölkəni birləşdirən Muğanlı körpüsünün açılmasını tələb edirlər.
Gürcüstan-Azərbaycan sərhədindəki körpünün açılması tələb olunur

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan-Azərbaycan sərhədində yerləşən Dedoplis-Tskaro rayonunun (Kaxeti regionu) Samta-Tskaro kəndinin sakinləri iki ölkəni birləşdirən Muğanlı körpüsünün açılmasını tələb edirlər.

Trend-in məlumatına görə, onlar mövcud tələblə Gürcüstan sərhəd-keçid məntəqəsində aksiya keçiriblər.

"Körpü qaçaqmalçılığın qarşısını almaq məqsədilə artıq dörd ildir ki bağlıdır. Bizə Azərbaycana avtomobillə gediş qadağan edilib və yalnız piyada getməyə icazə verirlər. O tərəfdə qohumlarımız var, biz onlara baş çəkə bilmirik. Yaşayış məntəqəsinə çatanadək 7 kilometr piyada getməli oluruq, nəqliyyat yoxdur. Hazırda avtomobillə Azərbaycana Tsnori-Laqodexi yolu ilə getmək mümkündür ki, bu da xeyli xərc tələb edir", - yerli sakin Sandro Xiladze vurğulayıb.

Deputat Lekso Tamazaşvilinin sözlərinə görə, bu məsələni parlamentin gündəliyinə mütləq çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti