...

APA ad günündə yeni təqdimat etdi (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2012 12:52 (UTC +04:00)
Bu gün APA-nın 8-ci ad günündə yeni yaradılan "APA Holding"in təqdimatı keçirilib.
APA ad günündə yeni təqdimat etdi (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün APA-nın 8-ci ad günündə yeni yaradılan "APA Holding"in təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimi holdinq haqqında filmin nümayişi ilə başlayıb.

Daha sonra təqdimat mərasimində çıxış edən APA-nın baş direktoru Nurşən Quliyev 8 illik yol keçən agentliyin fəaliyyəti və yenilikləri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, "APA Holding" MMC bu il oktyabrın 3-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin tarixdən fəaliyyətə başlayıb.

Holdinqə "Azəri-Press" İnformasiya Agentliyi MMC (APA), "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "APASport.az" İnformasiya Agentliyi MMC, "Ekonomist" MMC, "APA SERVİS" MMC daxildir.

"Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Bundan əlavə, "APA Holding"in peşə davranış kodeksi qəbul edilib. Kodeks doqquz bənddən ibarətdir. Sənəddə işçilərin peşə, həmçinin müəssisə daxilində davranış qaydaları müəyyənləşib", - Quliyev bildirib.

"APA Holding"in prezidenti Vüsalə Mahir qızı Abışovadır. O, bu vəzifəyə Direktorlar Şurasının 29 oktyabr 2012-ci il tarixli iclasında təsdiqlənib.

Holdinqin yaradılması ilə əlaqədar olaraq, Vüsalə Mahirqizi APA-nın baş direktoru vəzifəsindən azad olunub. Həmin vəzifəyə indiyə qədər agentliyin baş direktorunun birinci müavini işləmiş Nurşən Quliyev təyin olunub. "Lent.az" İnformasiya Agentliyi MMC-nin baş direktoru Qabil Rüstəmov, "Vesti.az" İnformasiya Agentliyi MMC-nin baş direktoru Araz Zeynalov, "APASport.az" İnformasiya Agentliyi MMC-nin baş direktoru İxtiyar Əsgərov, "Ekonomist" MMC-nin baş direktoru Vüqar Mustafayev, "APA SERVİS" MMC-nin baş direktoru Eldəniz Vəliyevdir.

Tədbirin davamında çıxış edən "APA Holding"in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, 8 il öncə APA-nı yaradarkən əsas hədəflərdən biri də müəyyən illərdən sonra mətbuat sahəsi üzrə bir holdinqin yaradılması idi. Onun sözlərinə görə, artıq APA çalışqanlığı, istedadı, potensialı və istəyi nəticəsində buna nail oldu.

"Bundan sonra da bu uğurları saxlamağa davam edəcəyik. Gələcəkdə bir neçə yeni layihələr oxuculara təqdim olunacaq", - Vüsalə Mahirqızı deyib.

Çıxışının sonunda "APA Holding"in prezidenti onlara dəstək verən hər kəsə, oxuculara, xüsusilə kollektivin hər bir üzvünə öz təşəkkürlərini çatdırıb.

Tədbirin davamında Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinə üzvlük sənədi "APA Holding"in prezidenti Vüsalə Mahirqızına təqdim edilib.

Təqdimat mərasiminin sonunda tədbirin rəmzi sayılan tort kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti