Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutunun (ATİ) əməkdaşı Yaponiyanın paytaxtı Tokio şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən GUAM ölkələrinin turizm mütəxəssisləri üçün "Tourism Promotion and Marketing" mövzusunda keçirilən treninqdə iştirak edib.
İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ATİ-nin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə rektor köməkçisi Anar Süleymanov proqram çərçivəsində Yaponiya Səyahət Agentlikləri Assosiasiyası, Xarici Tur Operatorlar Assosiasiyası, Tokay Universiteti və s. dövlət və özəl sektor nümayəndələri ilə görüşüb.
O, turizm təhsili verən ali məktəblər arasında tələbə-müəllim mübadiləsi, hər iki ölkənin turizm sahəsində qarşılıqlı təcrübə və birgə ikili diplom məsələlərinin müzakirəsində yaxından iştirak edib.