...

Sumqayıt elektrik şəbəkəsində külli miqdarda mənimsəmə faktı aşkarlanıb

Cəmiyyət Materials 6 Dekabr 2012 11:42 (UTC +04:00)
Fakta görə Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Sumqayıt elektrik şəbəkəsində külli miqdarda mənimsəmə faktı aşkarlanıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Sumqayıt REŞ" MMC-də mənimsəmə faktı aşkar edilib.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Sumqayıt REŞ" MMC-nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, M.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edərək xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin cəmiyyətin hesabına mədaxil etmədən 41 min manat məbləğində vəsaiti alaraq mənimsəyib. Bununla da o, cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti