...

Azərbaycan yol polisinin sürücülərə yeni təsir mexanizmi

Cəmiyyət Materials 18 Yanvar 2013 13:26 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan televiziyalarında nümayiş etdirilməsi üçün təbliğat xarakterli filmlər hazırlayır.
Azərbaycan yol polisinin sürücülərə yeni təsir mexanizmi

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət /

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan televiziyalarında nümayiş etdirilməsi üçün təbliğat xarakterli filmlər hazırlayır. Bu barədə Trend-ə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə telekanallarda yeni maarifləndirici videoçarxların yerləşdirilməsi istiqamətində işlər gedir və bu məqsədlə bir neçə rejissorla əməkdaşlıq edilir.

"Artıq bəzi sınaq çəkilişləri olub. Fikrimiz var ki, bu il bir neçə qısametrajlı təbliğat xarakterli filmlər hazırlayaq və televiziyalarda nümayiş etdirək. Hazırda bu sahədə işlər davam etdirilir", - Əliyev qeyd edib.

Yol qəzalarının azalmasına magistral yolların kənarlarında yerləşdirilmiş sosial reklam lövhələrinin müsbət təsirinin olduğunu deyən şöbə rəisi bildirib ki, bu sahədə də işlər genişləndiriləcək.

"Yollarda qəzaların sayının azaldılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sosial reklam lövhələrinin yerləşdirilməsi məsələsi diqqətimizdədir. Biz Bakıda və respublikanın bir neçə iri şəhərində hərəkətin intensiv olduğu ərazilərdə bu cür lövhələri yerləşdirməyi planlaşdırırıq", - Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti