...

İran Mərkəzi Bankının sabiq rəhbəri icazəsiz pul mənimsəmə faktını inkar edir

Cəmiyyət Materials 22 Yanvar 2013 15:10 (UTC +04:00)
Ötən il bank sistemindən pullar Prezident Administrasiyasının razılığından sonra götürülüb.
İran Mərkəzi Bankının sabiq rəhbəri icazəsiz pul mənimsəmə faktını inkar edir

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, F.Mehdi/

Ötən il bank sistemindən pullar Prezident Administrasiyasının razılığından sonra götürülüb. Trend-in çərşənbə axşamı "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Mərkəzi Bankının sabiq rəhbəri Mahmud Bəhmani deyib.

O bildirib ki, Prezident Administrasiyasının razılığından sonra bank sistemindən 30 trilyon rial (təqribən 2,5 milyard dollar) götürülüb.

Xatırladaq ki, 2012-ci ilin oktyabrında İranın Ali Auditor Məhkəməsi Bəhmanidən qanunsuz pul götürülməsi bağlı məsələ barədə izahat tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti