...

“AzerNews” qəzetinin növbəti çap versiyası işıq üzü görüb

Cəmiyyət Materials 25 Yanvar 2013 12:07 (UTC +04:00)
Yanvarın 25-də "AzerNews" online qəzetinin növbəti nəşri çapdan çıxıb.
“AzerNews” qəzetinin növbəti çap versiyası işıq üzü görüb

Yanvarın 25-də "AzerNews" online qəzetinin növbəti nəşri çapdan çıxıb.

Qəzetin bu sayında Azərbaycan Prezidenti İlham Əliyevin Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirakı və keçirdiyi görüşlər, həmçinin Ermənistanda keçirilən saxta seçki kampaniyası haqqında oxuya, Yelisey müqaviləsinin 50-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən mədəniyyət tədbirləri çərçivəsində "Alman-Fransız barışığı" mövzusunda təşkil olunmuş konfrans və Azərbaycanda ən populyar peşələr barəsində məlumat əldə edə bilərsiniz.

"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Online qəzetlə www.azernews.az ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti