...

İstanbulda dörd min qəzalı bina qeydiyyata alınıb

Cəmiyyət Materials 1 Fevral 2013 11:03 (UTC +04:00)
Türkiyə şəhərlərinin inkişafı proqramı çərçivəsində ölkənin iri şəhərlərindəki qəzalı binaların qeydiyyatı həyata keçirilib.
İstanbulda dörd min qəzalı bina qeydiyyata alınıb

Azərbaycan, Bakı, 1 fevral / Trend, müxbir A.Tağıyeva /

Türkiyə şəhərlərinin inkişafı proqramı çərçivəsində ölkənin iri şəhərlərindəki qəzalı binaların qeydiyyatı həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hürriyət" qəzeti məlumat yayıb.

Hesabata görə, İstanbulda 4595 bina qəzalı vəziyyətdədir.

İstanbulun Kadıköy, Umraniye, Baxçalıevlər, Şişli və Maltəpə rayonlarında daha çox sayda qəzalı binalar yerləşir.

Habelə Ankarada, Diyarbəkirdə, Yalovada və Pizedə də kifayət qədər qəzalı binalar mövcuddur.

Türkiyənin Şəhərsalma və Ətraf Mühit Nazirliyinin qərarına uyğun olaraq, həmin binalar yaxın vaxtlarda söküləcək və onların sakinləri yeni evlərlə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti