...

Bakıda ağır qətl hadisəsi törətmiş şəxs həbs olunub

Cəmiyyət Materials 12 Fevral 2013 17:02 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş vermiş qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.
Bakıda ağır qətl hadisəsi törətmiş şəxs həbs olunub

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonunda qətlin üstü isti izlərlə açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş vermiş qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.

Belə ki, fevralın 9-da saat 19:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən Bülbülə gölünün yaxınlığındakı qamışlıq sahədə üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkar edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, dindirilmələr aparılıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, aşkar edilmiş kişi meyiti Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyev Yusif Yunus oğluna məxsus olmaqla, o, qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində xalası oğlu 1980-ci il təvəllüdlü Ələkbərov Qurban Lətif oğlu tərəfindən odlu silahla qətlə yetirilib və sonuncu hadisə yerindən qaçıb.

Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qurban Ələkbərov tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti