...

Məleykə Abbaszadə: TQDK təhsil problemlərini elmi müstəvidə müzakirə etməyə hər zaman hazırdır

Cəmiyyət Materials 14 Fevral 2013 16:00 (UTC +04:00)
"Azərbaycanda təhsilin səviyyəsi ilə bağlı fikirlərimi həmişə açıq şəkildə, elmi fikirlərlə söyləmişəm. İnsanın öz fikirlərini söyləməsində və elmi əsaslarla sübut etməsində bir qəbahət yoxdur".
Məleykə Abbaszadə: TQDK təhsil problemlərini elmi müstəvidə müzakirə etməyə hər zaman hazırdır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

"Azərbaycanda təhsilin səviyyəsi ilə bağlı fikirlərimi həmişə açıq şəkildə, elmi fikirlərlə söyləmişəm. İnsanın öz fikirlərini söyləməsində və elmi əsaslarla sübut etməsində bir qəbahət yoxdur". Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib.

Abbaszadə deyib ki, TQDK Azərbaycanda təhsil sahəsində problemləri elmi müstəvidə müzakirə etməyə hər zaman hazırdır.

O qeyd edib ki, tək TQDK tərəfindən aparılan araşdırmalar yox, beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar da təhsil sistemindəki reytinqi müəyyənləşdirir.

"Mən şəxsən bir vətəndaş və məmur kimi razılaşmıram ki, bizim ölkəmiz bu təhsil reytinqlərində aşağı pillədə olsun. Ona görə də hesab edirəm ki, biz özümüz apardığımız araşdırmalar nəticəsində faktiki olaraq müəyyən problemləri həll etməyə qadirik. Bu problemləri həll etmək lazımdır. Ötən ilin qəbul və buraxılış imtahanlarının nəticələri ilə bağlı kifayət qədər təkliflər vermişik. Hesab edirəm ki, bu təkliflər diqqətlə oxunsa və tətbiq olunsa, orta məktəbdə olan təhsil sisteminə töhfə olar", - Abbaszadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti