...

"ASAN" xidməti vətəndaşların məmnunluğunu təmin edir

Cəmiyyət Materials 29 Mart 2013 10:22 (UTC +04:00)
"ASAN" xidməti vasitəsilə vətəndaşlar əlavə vaxt və xərc çəkmədən doqquz dövlət orqanı tərəfindən təmin edilən 23 xidmət növündən yararlana bilərlər.
"ASAN" xidməti vətəndaşların məmnunluğunu təmin edir

Azərbaycan, Bakı, 29 mart /Trend/

"ASAN" dövlət qulluqçuları və vətəndaşlar arasında münasibətlərin keyfiyyətinnin artırılması, vətəndaşların dövlət qulluqçularının fəaliyyətindən məmnunluğunu təmin etmək istiqamətində formalaşdırılmış yeni bir xidmət növüdür.

"ASAN" xidməti vasitəsilə vətəndaşlar əlavə vaxt və xərc çəkmədən doqquz dövlət orqanı tərəfindən təmin edilən 23 xidmət növündən yararlana bilərlər.

Yanvarın 15-dən etibarən 35 000 vətəndaş "ASAN" xidmətinə ərizə təqdim edib.
Şəxsiyyət vəsiqəsi və pasportların hazırlanması və yenilənməsi, sürücülük vəsiqələrinin yenilənməsi, notarius xidmətləri, miqrasiya xidmətləri ən çox müraciət olunanlar arasındadır.

"ASAN" xidmət mərkəzində göstərilən xidmətlərdən biri də xarici vətəndaşlara müvəqqəti yaşayış icazəsinin və Azərbaycanda daimi yaşamaq üçün immiqrant statusunun verilməsi ilə bağlı sənədlərin təmin olunmasıdır.

Daha ətraflı "AZERNEWS" onlayn qəzetinin 29 mart tarixli çap buraxılışında oxuya bilərsiniz.

Qəzetin bu sayında, həmçinin, Azərbaycan, Turkiyə və Gürcüstan xarici işlər nazirlərinin Batumidəki üçtərəfli görüşü, ABŞ-nın Ogilvy & Mather reklam şirkətinin Azərbaycanda fəaliyyətə başlaması, ARDNŞ-in İsveçrədə elektromobillər üçün ilk enerjidoldurma stansiyası açması, Ermənistanın miqrasiya problemlərinin həllinə kömək etmək üçün Avropa İttifaqının bu ölkəyə yardımı və digər maraqlı məqalələrlə tanış ola bilərsiz.

Həmçinin, çəkisini azaltmaq istəyən oxucular "AZERNEWS" qəzetinin həftəlik köşə yazarı Skot Fenvikdən təbii yolla arıqlamaq barədə faydalı məsləhətlər əldə edə bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti