...

"Təmiz Şəhər" ASC Azərbaycan gənclərinin ekoloji maarifləndirilməsini davam etdirir

Cəmiyyət Materials 2 Aprel 2013 13:01 (UTC +04:00)
"Təmiz Şəhər" ASC gənc nəslin tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində biliklərinin artırılması məqsədilə davamlı olaraq ekoloji maarifləndirilmə tədbirləri keçirir.
"Təmiz Şəhər" ASC Azərbaycan gənclərinin ekoloji maarifləndirilməsini davam etdirir

Azərbaycan, Bakı, 2 aprel/Trend/

"Təmiz Şəhər" ASC gənc nəslin tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində biliklərinin artırılması məqsədilə davamlı olaraq ekoloji maarifləndirilmə tədbirləri keçirir. ASC-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, növbəti maarifləndirmə tədbiri mart ayında Azərbaycan Dövlət Neft Akademiyasında keçirilib.

"Təmiz Şəhər" ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev "Dağ-mədən mühəndisliyi" ixtisasının və "Tempus" proqramı çərçivəsində "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə təhsil alan tələbələrə "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda mühazirələr oxunub.

Mühazirələr zamanı tələbələrə bərk məişət tullantılarının anlayışı, termin və təyinləri, bərk məişət tullantılarının idarə olunmasının ekoloji konsepsiyası, 2012-ci ilin sonunda tam istismara verilmiş Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodları və İçərişəhərdə tullantıların çeşidlənməsi layihəsi haqqında ətraflı məlumat verilmişdir. Həmçinin tullantıların çeşidlənməsi və yandırılması prosesini əyani olaraq izləmək məqsədilə mart ayından etibarən zavodlara məlumat turlarına start verildiyi və istəyən hər bir tələbənin bu turlarda iştirak edə biləcəyi vurğulanıb.

Qeyd etmək lazımdır ki, artıq 4 ilə yaxındır ki, "Təmiz Şəhər" ASC Azərbaycan Dövlət Neft Akademiyası ilə gənc nəslin ekoloji maarifləndirilməsində və tərbiyəsində birgə fəaliyyət göstərirlər. Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti