...

Bakı sürücülərinin təhlükəsizliyi üçün atılan addım

Cəmiyyət Materials 3 Aprel 2013 09:45 (UTC +04:00)
Sement-beton örtüklü Zığ dairəsi Beynəlxalq Hava Limanı magistral yolda metal əyri xətli tirlərin (metal təhlükəsizlik həddi) quraşdırılmasına başlanılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakı sürücülərinin təhlükəsizliyi üçün atılan addım

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Sement-beton örtüklü Zığ dairəsi Beynəlxalq Hava Limanı magistral yolda metal əyri xətli tirlərin (metal təhlükəsizlik həddi) quraşdırılmasına başlanılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, əvvəllər həmin yolda betondan ayırıcı zolaq olub. Ona görə də baş verən ağır yol qəzaları zamanı təhlükə riski böyük idi.

Betondan olan həmin ayırıcı zolaq və işıq dirəkləri sökülüb.

Metal əyri xətli tirlərin quraşdırılması yaxın aylarda başa çatacaq və yenidən müasir işıq sistemi quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti