...

Azərbaycanda istirahət günləri əsl gəzməli hava olacaq

Cəmiyyət Materials 4 Aprel 2013 17:30 (UTC +04:00)
Yaxın günlər ərzində Azərbaycanda havanın temperaturunun yüksəlməsi davam edəcək.
Azərbaycanda istirahət günləri əsl gəzməli hava olacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlər ərzində Azərbaycanda havanın temperaturunun yüksəlməsi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, aprelin 5-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq, bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək.

Aprelin 6-da hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 14-19 isti olacaq. Bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək.

Aprelin 7-də hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 25 dərəcəyədək yüksələcək.

Aprelin 5, 6, 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Aprelin 6-7-də gecə və səhər bəzi yerlərdə duman, ciskin müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 3-də havanın orta sutkalıq temperaturu Bakıda iqlim normasından 4 dərəcə yüksək olub. Maksimal temperatur Bakı və Abşeron yarımadasında 16-20, Aran rayonlarında 17-23 dərəcə isti olub. Naxçıvan Muxtar Respublikasında isə havanın temperaturu 25 dərəcəyə kimi yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti