...

Sabah Azərbaycanda əsl gəzməli hava olacaq

Cəmiyyət Materials 6 Aprel 2013 10:38 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturunun yüksəlməsi davam edəcək.
Sabah Azərbaycanda əsl gəzməli hava olacaq

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.Mehdiyev /

Sabah Azərbaycanda havanın temperaturunun yüksəlməsi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, aprelin 7-də hava əsasən yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 25 dərəcəyədək yüksələcək.

Aprelin 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, ciskin müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti