...

Narkotik satarkən yaxalandılar

Cəmiyyət Materials 6 Aprel 2013 16:02 (UTC +04:00)
Trend Milli.Az-a istinadən xəbər verir ki, Oğuz şəhər sakini 1972-ci il təvəllüdlü Əzizov İntiqam Ramiz oğlu 14.19 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satarkən saxlanılıb.
Narkotik satarkən yaxalandılar

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Trend Milli.Az-a istinadən xəbər verir ki, Oğuz şəhər sakini 1972-ci il təvəllüdlü Əzizov İntiqam Ramiz oğlu 14.19 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satarkən saxlanılıb. Saxlanılan şəxs polis şöbəsində dindirilərkən narkotik maddəni Oğuz rayonunda məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkün Rəhimov Sahib İntiqam oğlundan aldığını bildirib. Daha sonra polis əməkdaşları adıçəkilən Sahib Rəhimovun şəxsi evinə baxış keçirərkən oradan 316.58 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürüblər.

Hər iki şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.

İntiqam Əzizov və Sahib Rəhimov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti