...

Standartlaşdirma Komitəsi “Hanımeller” kulinariya evinin məhsullarının istehsalını və satışını qadağan edib

Cəmiyyət Materials 11 Aprel 2013 11:55 (UTC +04:00)
Azərbaycan Respublikasinin Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Hanımeller” kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.
Standartlaşdirma Komitəsi “Hanımeller” kulinariya evinin məhsullarının istehsalını və satışını qadağan edib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycan Respublikasinin Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən "Hanımeller" kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib. Məlumatda bildirilir ki, fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus "Hanımeller" kulinariya evində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin istehsal olunan məhsullar üçün müəyyən edilmiş qaydada təqdiq olunmuş texnoloji təlimatı və resepturaları mövcud deyil. Burada müxtəlif adlı tortlar, pirojnalar, şərq şirniyyatları, kulinariya məmulatları kortəbii şəkildə istehsal olunur, məhsulların markalanması aparılmır, məhsulların üzərində istehsal tarixi, saxlanma müddəti, saxlanma şəraiti, qida və enerji dəyəri haqqında məlumatlar göstərilmir.

Həmçinin məhsulların keyfiyyəti və təhlükəsizliyinin normativ sənədlərə uyğunluğunu əks etdirən gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsul istehsalında istismar olunan ölçmə vasitələri isə müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Aşkar olunmuş nöqsanlara görə "Hanımeller" kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti