...

Nazir: Azərbaycanla mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət Rusiya üçün prioritetdir (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2013 16:28 (UTC +04:00)
Bu gün Bakıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının I Ümumdünya Forumunda iştirak etmək üçün Azərbaycanda olan Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ilə görüşü keçirilib.
Nazir: Azərbaycanla mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət Rusiya üçün prioritetdir (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir V.İmanov/

Bu gün Bakıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının I Ümumdünya Forumunda iştirak etmək üçün Azərbaycanda olan Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ilə görüşü keçirilib.

Görüş zamanı tərəflər iki dövlət arasında beynəlxalq münasibətləri müzakirə ediblər.

"Ölkələrimiz arasında mədəniyyətlərarası əlaqələr inkişaf edir. Teatr kollektivlərinin qastrolları keçirilir, konsertlər təşkil edilir, Azərbaycan ifaçıları Rusiya paytaxtı və regionlarında çıxış edirlər. Biz bu təmasları daim inkişaf etdirəcəyik", - Medinski qeyd edib.

Onun sözlərinə görə, aprelin 15-də Əbülfəs Qarayev ilk dəfə Moskvada keçiriləcək Avropa Şurasının üzv-dövlətlərinin Mədəniyyət Nazirləri Şurasında iştirak edəcək.

Medinski qeyd edib ki, Azərbaycanla qarşılıqlı mədəni fəaliyyət Rusiya üçün prioritetdir.

MDBMİ məzunlarının I Ümumdünya Forumunun Bakıda keçirilməsinə toxunan Medinski deyib ki, bu görüş Azərbaycan Prezidenti və MDBMİ-nin keçmiş müəllimi İlham Əliyevin dəstəyi ilə keçirilir.

"Dünyanın bir çox ölkələrindən nümayəndə heyətləri bu foruma gəlib. Onlar vaxtilə SSRİ-nin ən tanınmış ali məktəblərində təhsil alıblar. Mən panellərin işində iştirak etmişəm və Slovakiya və Ukrayna baş nazirlərinin müavinləri, Vyetnamın xarici işlər naziri, SSRİ-nin keçmiş xarici işlər naziri mənimlə yanaşı əyləşmişdilər", - nazir qeyd edib.

O, bu tədbirə böyük marağın olduğunu deyib, həmçinin qonaqpərvərlik və təşkilati səylərinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Medinski, habelə ümid etdiyini bildirib ki, bu forum mütəmadi olacaq və sülh işinə xidmət edəcək.

"MDBMİ-nin məzunları bir çox ölkələrin siyasi elitasına daxildir. MDBMİ-nin sabiq məzunlarının danışıqlar masası arxasında həll edə bilməyəcəyi problem yoxdur", - rusiyalı nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti