...

Kəmaləddin Heydərovun iştirakı ilə Qax və Zaqatalada orta məktəblərin açılış mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 Aprel 2013 16:21 (UTC +04:00)
Bu gün Qax rayonunda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə zəlzələdən ziyan çəkmiş məktəb binasının əvəzinə yeni tikilmiş Qax rayon Ləkit kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Kəmaləddin Heydərovun iştirakı ilə Qax və Zaqatalada orta məktəblərin açılış mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)

İlk xəbər 14:22-də yayılıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Bu gün Qax rayonunda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə zəlzələdən ziyan çəkmiş məktəb binasının əvəzinə yeni tikilmiş Qax rayon Ləkit kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Qax rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev bildirib ki, məktəb 420 şagird yerlikdir. Məktəbdə yeməkxana, akt zalı, sinif otaqları, idman zalı var və bina müasir istilik sistemi ilə təmin edilib.

Xasıyevin sözlərinə görə, ümumilikdə rayonda 56 orta məktəb var. 2012-ci il mayın 7-də Qaxda baş verən zəlzələ nəticəsində rayonda 27 məktəbə ziyan dəyib. Onlardan 11-i qəzalı vəziyyətə düşmüşdü. Yeni tikilən 11 məktəbin 9-u Fövqəladə Hallar, 2-i Təhsil Nazirliyinin xətti ilə inşa edilir. Məktəblərdən 10-nun tikintisi artıq başa çatıb. Qax rayon Ləkit kənd tam orta məktəbi zəlzələdən sonra FHN tərəfindən tikilərək istifadəyə verilmiş 8-ci orta məktəbdir. Ümumilikdə, bu gün istifadəyə verilmiş orta məktəb 2004-cü ildən bəri tikilib istifadəyə verilmiş 23-cü məktəbdir. FHN tərəfindən tikilən 9-cu, 300 şagird yerlik Güllük kənd tam orta məktəbi bu yaxınlarda istifadəyə veriləcək.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev göstərdiyi diqqətə görə dövlət başçısına minnətdarlıq edib. Onun sözlərinə görə, rayonda zəlzələdən ziyan çəkmiş əhali üçün 500-dən çox ev tikilir. Onların 270-nə artıq sakinlər köçüb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı bu rayona ciddi ziyan dəydiyini deyib. O, zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfər etdiyini, zəlzələnin fəsadlarının dərhal aradan qaldırılması üçün zəruri tapşırıqlar verdiyini söyləyib.

Sonra ötən il may ayında baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşən və yenidən tikilən Zaqatala rayonunun Suvagil kəndində şəhid Akif Qədirov adına 2 saylı orta məktəbin açılışı olub.

Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

Təhsil şöbəsinin müdiri Habil Qurbanov tərbirdə çıxışı zamanı deyib ki, ötən ilin may ayında baş vermiş zəlzələ nəticəsində rayonda 23 məktəb binası qəzalı vəziyyətə düşüb. Onların böyük əksəriyyəti tikilərək təhvil verilib.

Nazir Kəmaləddin Heydərov Azərbaycanın zəlzələdən zərər çəkən bölgəsində ölkə başçısının tapşırığına əsasən tikinti işləri aparıldığını, qəzalı olması barədə rəy verilən evlər və sosial obyektlərin yenidən tikildiyini, təmir olunaraq istifadəyə verildiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti