...

Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan 8 dindara hökm oxunub

Cəmiyyət Materials 22 Aprel 2013 16:45 (UTC +04:00)
Bu gün Nərimanov rayon Məhkəməsində Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada həbs olunan daha 8 nəfərin cinayət işi üzrə məhkəmə başa çatıb.
Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan 8 dindara hökm oxunub

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Məmmədov /

Bu gün Nərimanov rayon Məhkəməsində Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha 8 nəfərin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tərlan Ağadadasov 5 il 6 ay, Davud Kərimov 6 il, Telman Şirəliyev 6 il, Muraday Quluyev 5 il, Anar Qasımlı 5 il 6 ay, İlham Hətəmov 5 il 6 ay, Ceyhun Quliyev 5 il, Rövşən Allahverdiyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti