...

İran əhalisi sürətlə qocalır

Cəmiyyət Materials 25 Aprel 2013 18:11 (UTC +04:00)
İran əhalisi sürətlə qocalır və əhalinin sayı 2101-ci ilə kəskin azala bilər.
İran əhalisi sürətlə qocalır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran əhalisi sürətlə qocalır və əhalinin sayı 2101-ci ilə kəskin azala bilər. Trend IRNA agentliyinə istinadən məlumat verir ki, bu barədə cümə axşamı İran səhiyyə nazirinin müavini Fatimə Rəhşani bildirib.

O vurğulayıb ki, yaxın 10 il ərzində hər 10 İran ailəsində 60 yaşdan yuxarı 7 nəfər olacaq.

"Əgər bu tendensiya davam etsə, o zaman 2101-ci ilə İran əhalisinin sayı 62 milyon nəfərə qədər azala bilər", - nazir müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti