...

Səhiyyə naziri Oqtay Şirəliyev AİDS-lə mübarizə sahəsində mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2013 13:54 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev Şərqi Avropa və Mərkəzi Asiyada yaşayan HİV-li xəstələrin Şəbəkəsi tərəfindən “Dəstəyə görə Təşəkkür” mükafatına layiq görülüb. Trend xəbər verir ki, bu məqsədlə keçirilən mərasimdə AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şirinov bildirilib ki, mükafat üçün təqdimatı məhz onların təşkilatı təqdim edib.
Səhiyyə naziri Oqtay Şirəliyev AİDS-lə mübarizə sahəsində mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Səhiyyə naziri Oqtay Şirəliyev Şərqi Avropa və Mərkəzi Asiyada yaşayan HİV-li xəstələrin Şəbəkəsi tərəfindən "Dəstəyə görə Təşəkkür" mükafatına layiq görülüb. Trend xəbər verir ki, bu məqsədlə keçirilən mərasimdə AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şirinov bildirilib ki, mükafat üçün təqdimatı məhz onların təşkilatı təqdim edib.

Onun sözlərinə görə, nazir bu mükafata Azərbaycanda HİV epidemiyasının qarşısının alınmasındakı xidmətlərinə görə layiq görülüb. O, bu mükafatın Azərbaycanda ilk dəfə təqdim olunduğunu da söyləyib.

Şirinov Azərbaycanda HİV-ə yoluxan xəstələrin dövlətdən mütəmadi olaraq dərman və ləvazimatlarla təmin olunduğunu qeyd edib.

Yığıncaqda o da bildirilib ki, Respublika AİDS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınan xəstələrin 62,8 faizi iynə yolu ilə narkotik istifadəçiləridir. 2013-cü il yanvarın 1-nə olan rəsmi məlumata görə, ölkədə HİV virusuna yoluxan 3784 nəfər rəsmi qeydiyyata alınıb. Azərbaycanda HİV-lə yoluxma halı ilk dəfə rəsmi olaraq 1987-ci ildə qeydə alınmasına baxmayaraq, HİV-li xəstələrin 90 faizi dövlət tərəfindən son 10 ildə qeydiyyata götürülüb. HİV-ə yoluxan uşaqların sayı da proporsional olaraq artır və hazırda 55 nəfərdir.

Tədbirdə UNAİDS-in Azərbaycan ofisinin rəhbəri Cəmilə Cərrahova da çıxış edərək regionda və Azərbaycanda HİV/AİDS-lə bağlı vəziyyətə dair bəzi məsələlərə aydınlıq gətirib.

Sonda səhiyyə naziri Oqtay Şirəliyevin layiq görüldüyü "Dəstəyə görə Təşəkkür" mükafatı Səhiyyə Nazirliyinin nümayəndəsinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti