...

Azərbaycanda 3 notariusa töhmət verilib

Cəmiyyət Materials 17 May 2013 18:05 (UTC +04:00)
Son vaxtlar notarius kontorlarında korrupsiya faktlarının olması, xüsusilə də artıq rüsumların alınması ilə bağlı vətəndaşlar tərəfindən bir neçə müraciət daxil olub, lakin araşdırmalar zamanı həmin müraciətlərin əsassız olduğu üzə çıxıb.
Azərbaycanda 3 notariusa töhmət verilib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Son vaxtlar notarius kontorlarında korrupsiya faktlarının olması, xüsusilə də artıq rüsumların alınması ilə bağlı vətəndaşlar tərəfindən bir neçə müraciət daxil olub, lakin araşdırmalar zamanı həmin müraciətlərin əsassız olduğu üzə çıxıb.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsi rəisi Mehman Soltanov Ədliyyə Nazirliyi və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin "Notariat sahəsində mövcud vəziyyət və aparılan islahatlar. Elektron xidmətlər" mövzusunda keçirdiyi "dəyirmi masa"da bildirib.

Soltanov eyni zamanda qeyd edib ki, 7 notariat kontoruna işində yol verdiyi nöqsana görə xəbərdarlıq edilib, 3 notariusa isə töhmət verilib. O bildirib ki, nöqsanlar əsasən süründürməçilikdən, vətəndaşlarla kobud rəftardan və onlara qanunvericiliyin düzgün izah edilməməsindən ibarət olub.

İdarə rəisi bildirib ki, notariusların işinin səmərəliliyini artırmaq üçün müvafiq treninqlər keçirilir ki, bu da etik davranış, psixoloq məsləhətlərini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti