...

Fizuli Ələkbərov vətəndaşların müraciətlərini nazirliyin "Facebook" səhifəsində cavablandıracaq

Cəmiyyət Materials 22 May 2013 14:32 (UTC +04:00)
Əhaliyə xidmət, o cümlədən vətəndaş müraciətlərinin cavablandırılması sisteminin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Facebook" səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılır.
Fizuli Ələkbərov  vətəndaşların müraciətlərini nazirliyin "Facebook" səhifəsində cavablandıracaq

Azərbaycan, Bakı, 22 may /Trend/

Əhaliyə xidmət, o cümlədən vətəndaş müraciətlərinin cavablandırılması sisteminin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Facebook" səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılır. Bu barədə Trendə nazirlikdən daxil olan məlumatda deyilir.

Belə ki, mayın 24-də saat 11.00-dan 13.00-dək Nazirliyin rəsmi facebook səhifəsində (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların sualları cavablandırılacaq. Bunun üçün 22 may saat 15:00-dan-23 may saat 15:00-a kimi vətəndaşların müraciətləri qəbul ediləcək.

Qeyd edək ki, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az sayti vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti