...

Pampers Ekspertlər Heyəti iş başında!

Cəmiyyət Materials 1 İyun 2013 12:33 (UTC +04:00)
Ümumdünya Uşaqların Müdafiəsi Günü ərəfində PG Azərbaycan şirkəti yeni Pampers Ekspertlər Heyəti layihəsinə start verir. Bu layihə ana və ana olacaq xanımların hamiləlik və körpənin böyüməsi dönəmlərində yaşadıqları təcrübəni paylaşmağa, onları maraqlandıran suallara cavab tapmağa və həkimlərin məsləhətlərindən faydalanmağa imkan yaradacaqdır.
Pampers Ekspertlər Heyəti iş başında!

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Ümumdünya Uşaqların Müdafiəsi Günü ərəfində PG Azərbaycan şirkəti yeni Pampers Ekspertlər Heyəti layihəsinə start verir. Bu layihə ana və ana olacaq xanımların hamiləlik və körpənin böyüməsi dönəmlərində yaşadıqları təcrübəni paylaşmağa, onları maraqlandıran suallara cavab tapmağa və həkimlərin məsləhətlərindən faydalanmağa imkan yaradacaqdır.

Pampers Ekspertlər Heyəti Azərbaycanın tanınmış 4 peşəkar həkimini və uşaqların erkən yaşında inkişafı üzrə mütəxəssisini bir araya gətirəcək.

Facebookda "Qadınlar Klubu" səhifəsində xüsusi yaradılacaq facebook tədbiqi vasitəsi ilə analar onları maraqlandıran və narahat edən məsələlər ilə bağlı həkimlərə suallarını ünvanlandıra biləcək. Həmçinin, həkimlərin tibbi praktikasında rastlaşdığı problemlər, uşağa qulluq və uşağın sağlam böyüməsi sahəsində məsləhətləri qısa video çarxlar şəklində facebook tədbiqində və "Qadınlar Klubu"-nun youtube kanalında yayımlanacaqdır.

Pampers Ekspertlər Heyəti hamiləlik dövründə diqqət edilməsi lazım olan məqamlardan başlayaraq körpənin sağlam böyüdülməsi, qidalanması, intellektual və emosional inkişafı kimi bir çox mövzuda ana və ana olacaq xanımları maarifləndirməyi hədəfləyir.

Layihənin bu ilin iyun ayında fəaliyyətə başlaması nəzərdə tutulub.

Yeni Pampers Premium Care körpələrə beş ulduzlu dəri müdafiəsini təmin edir.Pampers markalı məhsullar dünyanın ən qabbaqcıl təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verir. Pampers Procter & Gamble şirkətinin ən tanınmış brendlərindən biridir.
Procter & Gamble haqqında
P&G öz brendləri ilə dünyada təqribən 4.4 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü portfellərdən birinə sahibdir. P&G icması dünyanın təqribən 80 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün, Procter & Gamble Azərbaycan Ofisinin Facebook səhifəsinə (http://www.facebook.com/pgazerbaijan) və www.pg.com saytına baş çəkin.

P&G şirkətinin Azərbaycandakı nümayəndəliyi 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycan üzrə 1,200,000-dən artıq gənc ana və uşaq P&G şirkətinin əhalinin gigiyena savadını artırmağa dair layihəsində və digər sosial layihələrdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti