...

"YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin ilk fərdi sərgisi açılıb - (FOTO)

Cəmiyyət Materials 15 İyun 2013 10:42 (UTC +04:00)
Bakıda "YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin özündə müəlliflik təsviri incəsənətini və heykəltəraşlığı birləşdirən ilk fərdi sərgisi açılıb. "YAY" qalereyası YARAT! Müasir İncəsənət Məkanına məxsusdur.
"YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin ilk fərdi sərgisi açılıb - (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir C. Babayeva/

Bakıda "YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin özündə müəlliflik təsviri incəsənətini və heykəltəraşlığı birləşdirən ilk fərdi sərgisi açılıb. "YAY" qalereyası YARAT! Müasir İncəsənət Məkanına məxsusdur.

Trend-in məlumatına görə, tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS" Yaradıcılıq səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, "YARAT!" Müasir İncəsənət Məkanının qurucusu Aida Mahmudova, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

"Black Woman" ekspozisiyası qadın, ana və sevgilinin özünəməxsus mədhiyyəsidir. Qadın təbiətinin ikitərəfliliyi və hüdudsuzluğu mövzusu Vüsalı çoxdan məşğul edir. Onun qəhrəmanı dünyəvi, real və məişət işləri ilə yüklənmiş qadın və özünün ali təyinatı yüksəkliyindən dünyaya baxan uca qadındır. O, zərifliyin özüdür və qorunmağa ehtiyacı var, lakin öz qohum və yaxınları üçün dayaq və mühafizəçi olmağa qadirdir. Qadına cismani və mənəvi başlanğıc müəmmalı şəkildə ötürülüb, buna görə də yeni əsrin rəssam və şairləri sələfləri kimi bu sirdən ilham alırlar.

Vüsal Rəhimin interpretasiyasında qadın obrazları qədim totem təsvirlərini, məhsuldarlıq ilahəsinin həcmli formaları, həmçinin həyat və seksual enerjisinin böyük yükü ilə bütpərəst fiqurları xatırladır.

Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində anadan olub və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. O, bir ildən artıqdır ki, YARAT! Müasir İncəsənət Məkanının layihələrində fəal iştirak edir, həmçinin quruluşçu rəssam qismində Bakının bir neçə teatrı ilə əməkdaşlıq edir. Onun quruluşunda olan tamaşalar Azərbaycan Dövlət Dramatik Teatr və Musiqili Komediya Teatrında uğurla nümayiş etdirilir.

Foto: Fəxriyyə Məmmədova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti