...

Sazz İnternet-dən Qurtuluş Gününə hədiyyə kampaniyası

Cəmiyyət Materials 15 İyun 2013 13:07 (UTC +04:00)
Sazz İnternet 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yeni müştərilər üçün xüsusi hədiyyə kampaniyası keçirəcək.
Sazz İnternet-dən Qurtuluş Gününə hədiyyə kampaniyası

Sazz İnternet 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yeni müştərilər üçün xüsusi hədiyyə kampaniyası keçirəcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniya müddətində Sazz İnternet abunəçisi olmaq istəyən hər kəsə AX 326 Sazz USB modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və 60 günlük abunə haqqını (50 AZN) əvvəlcədən ödəmək kifayətdir.

Hədiyyə kampaniyası iyun ayının 15, 16 və 17-də şirkətin Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlədindəki bütün Sazz satış nöqtələrində keçiriləcək. Sazz İnternetin bütün satış nöqtələri həftənin şənbə və bazar, həmçinin bütün bayram günlərində xidmət göstərir.

Xatırladaq ki, Sazz İnternet yeni abunəçilərə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda Sazz İnternet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda isə Sazz İnternetin əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti