...

Azərbaycanda müəlliflik və əlaqəli hüquqlara əsaslanan göstəricilər artıb

Cəmiyyət Materials 19 İyun 2013 17:05 (UTC +04:00)
Azərbaycanda son 10 il ərzində müəlliflik və əlaqəli hüquqlara əsaslanan göstəricilər 2,1%-dən 4,5%-ə qədər artıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
Azərbaycanda müəlliflik və əlaqəli hüquqlara əsaslanan göstəricilər artıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda son 10 il ərzində müəlliflik və əlaqəli hüquqlara əsaslanan göstəricilər 2,1%-dən 4,5%-ə qədər artıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Agentliyin sədri qeyd edib ki, əldə olunan nəticələr biliklərə əsaslanan cəmiyyətə keçməyə imkan verir.

İmanovun sözlərinə görə, əqli mülkiyyətin digər rolu ondan ibarətdir ki, öz mədəni əhəmiyyəti ilə yanaşı, informasiya cəmiyyətinin formalaşmasında da böyük rol oynayır:

"Bu səbəbdən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu bəndlər öz əksini tapıb. Xüsusilə qeyd olunub ki, əqli mülkiyyətlə bağlı rəqəmli hüquqların idarə edilməsi 2020-ci il üçün internetdə tam şəkildə həyata keçirilməlidir".

O, qeyd edib ki, kompüter proqramları ilə bağlı 9%, kitab nəşrində 21%, foto, video və CD-lərin qanunsuz satışında 16% azalma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti