...

Ombudsman "Sülh aylığı" ilə əlaqədar dövlət qurumlarına müraciət edib

Cəmiyyət Materials 4 Sentyabr 2013 17:54 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə bu il də ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə "Sülh aylığı" keçirilir.
Ombudsman "Sülh aylığı" ilə əlaqədar dövlət qurumlarına müraciət edib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Ombudsmanın təşəbbüsü ilə "Sülh aylığı" davam edir.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə bu il də ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə "Sülh aylığı" keçirilir.

Ombudsman 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə keçirilən həmin aylıqla əlaqədar dövlət qurumlarına müvafiq tədbirlərin keçirilməsi ilə bağlı müraciət edib.

"Sülh aylığı" çərçivəsində silsilə tədbirlərin təşkili, əhali ilə yerlərdə görüşlərin, geniş maarifləndirmə işi aparılması ilə bağlı ombudsman Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarına da tövsiyələr verib.

Bu günlərdə həmin aylıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) "Qloballaşan dünyada sülh siyasəti" mövzusunda "dəyirmi masa" keçirib.

Qeyd edək ki, Azərbaycan ombudsmanı fəaliyyətində sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirir, müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da genişləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti