...

Bakı Metropolitenində gur saatlarda xəttə buraxılan qatarların sayı artırılıb

Cəmiyyət Materials 16 Dekabr 2013 17:47 (UTC +04:00)
Metropolitendən Trend-ə verilən məlumata görə, yeraltı nəqliyyatda sərnişin axınının indiyə kimi görünməmiş dərəcədə sürətlə artması Bakı Metropoliteninin rəhbərliyini daha optimal hərəkət qrafikini tətbiq etmək məcburiyyəti qarşısında qoyub.
Bakı Metropolitenində gur saatlarda xəttə buraxılan qatarların sayı artırılıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İ.İzzət/

Bakı Metropolitenində yeni qrafik tətbiq olunmağa başlayıb.

Metropolitendən Trend-ə verilən məlumata görə, yeraltı nəqliyyatda sərnişin axınının indiyə kimi görünməmiş dərəcədə sürətlə artması Bakı Metropoliteninin rəhbərliyini daha optimal hərəkət qrafikini tətbiq etmək məcburiyyəti qarşısında qoyub. Metropolitenin bütün buraxıcılıq imkanları səfərbər olunmaqla hərəkət xidmətində mütəxəssislərin hazırladıqları yeni qrafik qüvvəyə minib.

Xidmətin mühəndis və dispetçerlərinin xeyli vaxtdır üzərində çalışdıqları bu qrafikə görə, gur saatlarda xəttə buraxılan qatarların sayı artırılıb. Əgər əvvəl ancaq hərəkətin axşam çağı gur saatlarında stansiyalardan hər iki istiqamətə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə ("28 May - Həzi Aslanov" sahəsində) çatdırılıb.

Günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti