...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 25 Dekabr 2013 10:20 (UTC +04:00)
Dekabrın 25-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Dekabrın 25-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular İlham Əliyevin sədrliyi ilə keçən Bakı şəhərinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfrans, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Hollandiyanın Fugro şirkətinin birgə müəssisə yaratması, ilin ən yaxşı idmançıları, Azərbaycan Diplomatik Akademiyasının (ADA) biznes məktəbinin dekanı professor Nejdet Delenerin ekskluziv müsahibəsi, ən nüfuzlu səyahətçi-bloqerlərdən biri Pol Stilin Azərbaycan haqqında təəssüratları və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti